Milli Məclisdə yeni parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılır.
“İki sahil” xəbər verir ki, bu, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Brundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemala, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO