30 noyabr 2022 12:01
487

İranda etirazlarda güllələnərək öldürülənlər var - Hüquq müdafiəçisi

"Son etirazlar zamanı İranda 1700-ə yaxın şəxs həbs olunub".

“İki sahil” xəbər verir ki,  bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda bizim siyahımızda onlardan 500 nəfərin adı var:

"Həmçinin güllələnərək öldürülənlər də var. İl ərzində ümumilikdə etirazlara görə 2-3 min şəxs saxlanılır. Biz onlar barəsində beynəlxalq təşkilatlara mütəmadi məlumat veririk".