Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Regionda yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh arxitekturasının perspektivləri” adlı konfransda iştirak edir.
“İki sahil” xəbər verir ki, konfrans Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilir.
Tədbir iştirakçıları Cənubi Qafqazda cari geosiyasi prosesləri, bu regionda davamlı sülhün və inkişafın təmin edilməsi perspektivlərini müzakirə edəcəklər.
Xatırladaq ki, dekabrın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak edəcək.
Şuşa Azərbaycan mədəniyyətinin dünyaya təqdim edildiyi mühüm mərkəzlərdən biridir
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”: Bakıda beynəlxalq sammit işə başlayıb
YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib - FOTO