Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa İttifaqını ABŞ-ın 51-ci ştatı adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Medvedev Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə açıqlamasının silinməsinə münasibət bildirərkən “Vkontakte”dəki hesabında yazıb.
“Qəzəbli Ursula xala öz Tvitterində dünyaya Ukrayna Silahlı Qüvvələrinin 100 minlik itkiləri olması barədə xəbər verdi. Məlumat silindi və redaktə edildi. Aydındır ki, Vaşinqton vilayət komitəsindən xalanın başına vurdular. Görünür ağrıdı... Olduqca alçaldıcı görünür. Heç bir Aİ yoxdur, 51 saylı ştat var”, - Medvedev qeyd edib.
Avropa İttifaqı (Aİ) ölkələrinin nazirləri qeyri-qanuni miqrasiya ilə mübarizə üçün vahid mexanizm hazırlamaq barədə razılığa gəliblər
Zelenski: Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib
Hindistan ilə Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 70-ə çatıb
SEPAH: Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib