30 noyabr 2022 18:41
352

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

“İki sahil” Britaniya XİN-ə istinadla xəbər verir ki, sanksiya siyahısına 22 yeni ad əlavə edilib.

Sanksiyaya məruz qalanlar arasında Rusiya Baş nazirinin müavini Denis Manturov, MSK sədri Ella Pamfilova və s. şəxslər var.