01 dekabr 2022 13:15
432

Meksika millisinin baş məşqçisi istefa verdi

 Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

“İki sahil” xəbər verir ki, argentinalı mütəxəssis DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra qərarını açıqayıb.

"Mənim müqaviləm hakim final fitini çalan kimi başa çatdı" - deyə o bildirib.

Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Xerardo Martino 2019-cu ildən Meksika millisini çalışdırırdı.