03 dekabr 2022 08:10
426

Aİ ölkələri Rusiya neftinin qiymət həddi ilə bağlı razılığa gəliblər

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar həddində olması barədə razılaşıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"G7 və digər tərəfdaşlarla razılaşdırılan Aİ-nin neft həddi haqqında saziş Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacaq", - deyə o bildirib.

Komissiya rəhbərinin sözlərinə görə, "bu, bizə enerji daşıyıcılarının dünya qiymətlərini sabitləşdirməyə kömək edəcək və bu, bütün dünyada inkişaf etməkdə olan iqtisadiyyatlara fayda verəcək".