Meksikanın ən çox oxunan yazılı KİV-i olan “El Universal” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun Meksikaya səfəri zamanı yerli KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında söylədikləri ilə bağlı məqalə dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən "İki sahil"ə verilən məlumata görə, məqalədə E.Əmirbəyovun sözlərinə istinad edilərək, Azərbaycanın regionda sülhün bərqərar olması prosesində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənmməsi, habelə sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə çoxtərəfli forumlarda seçilən ölkə kimi Meksikanın dəstəyinin önəmli olduğu vurğulanır.
Məqalədə həmçinin, Azərbaycan hökumətinin Ermənistana bu ölkəni iqtisadi böhrandan çıxara biləcək, Avropa ilə ticarət, enerji və nəqliyyat kommunikasiyalarından faydalana biləcəyi, regionda hamı üçün əlverişli olan strategiya təklif etdiyi bildirilir. Bunun üçün isə Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Ermənistanın baş naziri N.Paşinyan qarşılıqlı inamsızlıq səbəbindən çətin olan bu prosesdə səmimiyyət nümayiş etdirərək, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin açılmasının təmin olunmasına maneələr yaratmamalıdır.
Sonda E.Əmirbəyovun sözlərinə istinad edilərək, seçici kütləsinin təxminən 2%-ni təşkil edən erməni diasporu tərəfindən təhrik edilən və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Fransanın artıq bu prosesdə vasitəçi rolunun mümkün olmadığı qeyd olunur.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib