Rusiyada beşmərtəbəli binanın iki mərtəbəsi çöküb.
“İki sahil” xəbər verir ki, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı olub, 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Binadan 52 sakin evakuasiya edilib.
Xilasedicilər dağıntılar altında insanların qala biləcəyini istisna etmir.