“Azərbaycan ilə Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında aktiv dialoqun sübutudur”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündə deyib.
O xatırladıb ki, bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.
“Bugünkü müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrası olacaq”, - C.Bayramov bildirib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib