Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov azərbaycanlı həmkarı ilə görüşünü müsbət qiymətləndirib.
O qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafına ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib