"Azərbaycan adının Şimali Azərbaycan kimi dəyişməsi strateji baxımdan müsbət addım olar".
“İki sahil” xəbər verir ki, bunu Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
O bildirib ki, bu, dünyada ciddi sual yarada bilər:
"Hər kəs düşünəcək ki, deməli, bu ölkənin cənubu da var. Biz öz aramızda onsuz da bu addan istifadə edirik. Amma beynəlxalq aləmə də belə tanıtmalıyıq. Biz necə deyəriksə, bütün dünya da elə qəbul edəcək".
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib