“Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan işğaldan azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir. Bu il ərzində həmin ərazilərə Rusiya biznes nümayəndə heyətlərinin çoxsaylı missiyaları həyata keçirilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpasında Rusiya şirkətlərinin iştirakını alqışlayırıq".
Nazir qeyd edib ki, bugünkü görüşdə “Şimal-Cənub” layihəsinin təşviqinin zəruriliyi ayrıca müzakirə olunub.
"Hesab edirik ki, bu layihənin və tranzit marşrutunun potensialı daha böyükdür", - Bayramov bildirib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib