“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu bu ilin sonuna qədər baş tuta bilər”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib və biz hesab edirik ki, bu ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər”, - nazir bildirib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib