Azərbaycan Qarabağ ermənilərinin digər vətəndaşlarla eyni hüquqlara malik olacağına təminat verir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verəcəyini dəfələrlə bildirib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib