Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bugünkü görüşündə Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O, bu mövzuya danışıqlarda müəyyən vaxt ayırdıqlarını söyləyib: "Azərbaycanın dövlət strukturları yerdə Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə iş aparır. Azərbaycanlı qonşularımızda, həmkarlarımızda üçtərəfli bəyanatların icrası ilə bağlı yaranan suallar bizim üçüm prioritet əhəmiyyət daşıyır. Bizim hərbçilərimiz bununla fəal məşğul olur", Lavrov deyib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib