"Azərbaycan Prezidenti dünya azərbaycanlılarının lideridir. Bu, müzakirə predmeti deyil".
“İki sahil” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədrinin müavini, deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu qurumun keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycanın dünyadakı imici dəyişib: "Azərbaycan bütün dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisidir. Biz artıq güclü dövlətik. Güneyli soydaşlarımızın hüquqlarının qorunması, onlarla təmaslarımızın artması üçün dövlətimizdə iradə var. Kim bizimlə təhdid dilində danışarsa, ona cavab verməyə qadirik. Məqsədimiz soydaşlarımızı qorumaqdır".
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib