Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş postunda mini gömrük postu quraşdıraq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirək barədə razılıq əldə olunub.
“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”, - Volkov vurğulayıb.
Volkov qeyd edib ki, belə olan halda işin effektivliyini artıracaqlar və bura hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib