“İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Azərbaycan ilə əlaqələrimiz müxtəlif sahələrdə çox inkişaf edib. Kosmik sahə bizim böyük potensial gördüyümüz sahələrdən biridir", - səfir bildirib.
O, kosmik sahədə həm dövlət, həm də özəl səviyyədə daha yüksək səviyyəli əməkdaşlığı görmək istədiyini əlavə edib.
Səfirin sözlərinə görə, İsrailin çox inkişaf etdiyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq xüsusi potensiala malikdir.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib