“Torpaqlarımızın işğal altında olduğu dövrdə münaqişənin dondurulması siyasəti həyata keçirilirdi”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, indi də postmünaqişə dövründə də biz dondurulma siyasətini həyata keçirilməsinə cəhdləri görürük: “İndiyə kimi Ermənistan və Azərbaycan arasında hansı razılıqlar əldə edilibsə, onların yerinə yetirilməsinin dondurulması prosesi getməkdədir. İki tərəf bu razılaşmaları həyata keçirsəydi, bəlkə də bu proses çoxdan həllini tapmışdı. Hazırda 5-7 vasitəçinin prosesi idarə etmək istədiyini görürük. Diplomatiya tarixi onu göstərir ki, bu tip münaqişələrin həlli üçün ortada sülh müqaviləsinin layihəsi olmalıdır”.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib