Azərbaycan Prezidenti İlham Əliyevə görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin vaxtilə iş otağında olan heykəltəraşlıq əsəri təqdim edilib.
“İki sahil” xəbər verir ki, heykəltəraşlıq əsərini bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təqdim edib.

Qeyd edilib ki, Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərliyi dövründə digər Qafqaz xalqları kimi, Dağıstan xalqına qarşı da nəzərdə tutulmuş sürgünün qarşısını alıb. Buna görə Dağıstan ağsaqqalları adından ona tərkində uşaq olan atlının əks olunduğu heykəltəraşlıq əsəri hədiyyə edilib. Bu əsər bundan sonra Prezident İlham Əliyevin iş otağında olacaq.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib