"Birliyimiz sarsılmazdır, əbədidir".
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təliminin iştirakçılarına telefon vasitəsilə müraciəti zamanı deyib.
"Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təşkil etdiyi hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbrik edirəm. Bu təlimlərin adı “Qardaş yumruğudur”. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!", - dövlət başçısı qeyd edib.
Azərbaycanın Kanadadakı səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib