Dekabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.
Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır