Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Rusiya Nazirlər Kabinetindən verilən məlumata görə, dekabrın 6-da Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryanın və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun növbəti iclası keçirilib.
"İclasda tərəflər Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.
Görüş zamanı Azərbaycan Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqıiyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.
Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər", deyə məlumatda qeyd olunub.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır