Kristo Kapodistria Yunanıstanın Azərbaycanda yeni səfiri təyin edilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov yeni səfirlə görüşüb.
“Bakıda fəaliyyət göstərəcək yunanıstanlı həmkarım Kristo Kapodistriaya Azərbaycan və Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafında uğurlar arzulayıram!”, - A.Hüseynov feysbuk səhifəsində yazıb.
Yunanıstanın yeni səfirinin yaxın vaxtlarda Bakıya gələcəyi gözlənilir.
K.Kapodistria Yunanıstanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsində Nikolas Piperiqosu əvəz edəcək.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır