07 dekabr 2022 11:42
527

"Yaşıl maliyyə"yə dair Yol Xəritəsinin hazırlanması təklif olunur

Azərbaycanda "Yaşıl maliyyə" imkanlarının genişləndirilməsi üçün Yol Xəritəsinin hazırlanmasına ehtiyac var.

“İki sahil” xəbər verir ki, bunu Dünya Bankının mütəxəssisi Saşa Ayxberqer təmsil etdiyi qurumun və İqtisadiyyat Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatının təqdimatında bildirib.

"Yaşıl investisiya" alətlərinə dövlət dəstəyi kapital bazarlarına və maliyyə institutlarına sabitlik gətirə, qısa müddətdə sosial və ekoloji problemlərlə mübarizədə əsas yer tuta bilər", - deyə o qeyd edib.