“Terroru maliyyələşdirən ABŞ, Fransa, Rusiyadır. Bu günə qədər Ermənistanı silahlandıran bu ölkələrdir”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deputat Aqil Abbas bildirib.
Aqil Abbas deyib ki, sadəlövh olmayaq: “Bu gün bütün hadisələr sülhməramlıların gözünün qarşısında olur. Mən onların adını sülənənməramlı qoymuşam. Bunların adını çəkməkdən qorxmayaq. İran da namərd ölkədir. Bunu bilirik. Amma o birilərin də adını çəkək”.
Komitə sədri Ziyafət Əsgərov deyib ki, İrandan, Ermənistan və digər dövlətlərdən terrorizmi maliyyələşdirən kanalların qarşısını kəsmək məqsədimizdir.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır