07 dekabr 2022 13:29
525

Rusiya sülhməramlılarının komandanlığına təbii ehtiyatların qanunsuz istismarına yol verilməyəcəyinə dair xəbərdarlıq edilib

Monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələrdə normal şəraitdə baş tutdu.

“İki sahil” xəbər verir ki,  bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bildirib.

Onun sözlərinə görə, monitorinq qrupu aidiyyəti üzrə fikirlərini bildirib və təkliflərini təqdim edib.

Nazirlik nümayəndəsi qeyd edib ki, təbii ehtiyatların qanunsuz istismarına, yataqların qeyri-qanuni işlənməsinə imkan verilməyəcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri başa çatıb. Monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutub.