Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24“ telekanalının qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, səfir “Twitter“də paylaşımında telekanalın bu addımını pisləyib.
Azərbaycanlı diplomatın sözlərinə görə, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24“ tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır