Dekabrın 9-da Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşü keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
"Gündəliyə uyğun olaraq, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaq, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər", - deyə mətbuat xidmətinin bəyanatında deyilir.
İclasda Belarus hərbi nümayəndə heyətini bu ölkənin müdafiə naziri, general-leytenant Viktor Xrenininin təmsil edəcəyi bildirilir.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır