"Hazırda Azərbaycanın Ermənistanın cinayətləri nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi məqsədilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətləri üzrə ardıcıl icraat və kommunikasiyalar həyata keçirilir".
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan dəyirmi masada deyib.
"Bu gün işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası ilə bağlı keçirilən islahatların əsas məqsədi məhz insanların rahat həyatının təminatıdır. Tam əminliklə bildirmək istəyirəm ki, ölkəmiz insan hüquqları sahəsində hər zaman iştirakçı və təşkilatçı rolunu oynuyacaq", - o vurğulayıb.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır