"Bu gün Azərbaycan diasporunun qarşısında xüsusilə daha vacib və tarixi vəzifələr dayanır. Biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyədə təşkil etməliyik".
“İki sahil” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İstanbul şəhərində keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib.
O, xüsusilə indiki tarixi şəraitdə Azərbaycan diasporunun Güney Azərbaycandakı soydaşlarımızın yanında olduğunu vurğulayıb.
"Biz Güney Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir", - F.Muradov söyləyib.
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib