09 dekabr 2022 13:39
421

Moskvada ŞƏT və MDB müdafiə nazirlərinin görüşü keçirilir

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 9 ölkənin müdafiə nazirləri görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.