Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi tədbirlər təşkil edəcək.
Bu barədə "İki sahil"ə parlamentdən məlumat verilib.
Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyəyə səfər edəcək.
Səfər dekabrın 14-də başa çatacaq.
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib