Azərbaycan Qarabağ bölgəsinin canlanması üçün böyük səylər göstərir.
“İki sahil” xəbər verir ki, bunu "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən xarici mütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində Qarabağa səfəri zamanı deyib.
"Mən Ağdama ilk dəfə keçən il mayın 21-də gəldim və yalnız dağıntı gördüm. Bu gün mən təsirlənmişəm və çox xoşbəxtəm. Çünki bərpa işləri sayəsində Ağdam sanki canlanır", - deyə Brən qeyd edib.
O bildirib ki, ötən il Ağdam məscidində olub, hətta minarəyə də qalxıb.
"Azərbaycan hazırda bu gözəl məscidin bərpasını aparır. İnfrastruktur, yaşayış binaları və yolların tikintisi istiqamətində də böyük işlər görülür, ecazkar Qarabağ bölgəsinin bərpası üçün böyük səylər göstərilir", - deyə Brən əlavə edib. (Trend)
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib