“3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) yaxın aylarda baş tuta bilər.
“İki sahil” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
"Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati məsələlər üzərində iş aparılır. Ümid edirik ki, bu, yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların mövqeyinə əsasən, Gürcüstana dəvət göndərilə bilər", - deyə diplomat qeyd edib.
Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
Vüqar Rəhimzadə: Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib