10 dekabr 2022 10:30
481

Denis Qonçar: “3+3” formatı regionda etimadın yaradılmasına kömək edəcək

Rusiya regionun tranzit potensialının açılmasına xüsusi önəm verir və buna, nəqliyyat marşrutlarının bərpası kömək edəcək.

“İki sahil” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

Diplomat bildirib ki, infrastrukturun modernləşdirilməsi üzrə birgə layihə fəaliyyətlərinin perspektivləri təkcə nəqliyyat sahəsində deyil, həm də enerji sektorunda böyük maraq doğurur: “Bu cür əməkdaşlıq (“3+3” formatı – red.) hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın yaradılmasına kömək edəcək, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında normallaşma proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək”.