22 dekabr 2022 16:37
522

Azərbaycan şirkətləri ilə birlikdə Qarabağın rifahı naminə işlərə töhfə verməyə çalışırıq- Türkiyəli nazir

"Şirkətlərimiz, uyğun nazirliklərimiz, qurumlarımız Azərbaycan şirkətləri ilə birlikdə Qarabağın yenidən rifahı naminə işlərə öz töhfəmizi verməyə çalışır”.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

O bildirib ki, Türkiyə ötən müddət ərzində Azərbaycana hər cür dəstək verib və bundan sonra da dəstək verməyə davam edəcək:

“İşğal vaxtı dağıdılan Qarabağın bərpası üçün önəmli addımlar atılır. Mən cənab Prezidentimizlə birlikdə Qarabağa getmişdim. Azərbaycanın son illərdə başlatdığı yenidənqurma işləri və artan rifah səviyyəsi bu ölkəni qibtə edilən bir ölkəyə çevirib. Biz bununla fəxr edirik".