Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər iştirak edir.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, onun müəlliflərindən biri tədbirdə iştirak edən nazir Zakir Həsənovdur:
“Savasdan sonra tarix yazılır, zəfər çalmış fateh komandanlar haqqında da dastanlar yazılır. Zəfərlə bitən Qarabağ savaşından cəmi iki il keçməsinə baxmayaraq cənab Prezidentimiz İlham Əliyev haqqında da kitablar yazılır. Bu gün yazılmış o dastanlardan birinin Türkiyə türkcəsində olan variantının təqdimatı üçün buraya toplanmışıq”.
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb