22 dekabr 2022 19:51
701

Sabah Moskvada Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü keçiriləcək

Sabah Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçiriləcək.

“İki sahil” xəbər verir ki,  görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutacaq.

Qeyd edək ki, sonuncu dəfə Bayramov və Lavrov arasında görüş Moskvada bu ilin dekabrın 5-də keçirilib.

Rusiya XİN-nin açıqladığı məlumata görə, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılıbmış. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.