Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı aparıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“ hesabında paylaşım edib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - deyə paylaşımda qeyd olunub.
Hikmət Hacıyev həmçinin Laçın-Xankəndi yolundakı etiraz aksiyasında Azərbaycan vətəndaşlarının haqlı narazılıqlarını diqqətə çatdırıb.
“Faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir. Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - deyə Hikmət Hacıyev bildirib.
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb