“30 ildir ki, Naxçıvanla quru sərhəd açıq deyil. Azərbaycanlıların Xankəndi-Laçın yolunda keçirdiyi aksiyaya qarşı qərəzli mövqedən çıxış edən beynəlxalq təşkilatlar niyə bir dəfə də olsun Naxçıvan məsələsi ilə bağlı bəyanat vermədi?! Hələ də bu günə qədər Naxçıvanla quru sərhəd yoxdur. Halbuki biz Şuşada dinc aksiya keçiririk ki, Azərbaycan ərazilərində qeyri-qanuni istismara son qoyulsun”.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin dekabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, erməni tərəfi yenə də müxtəlif yalan çağırışlar səsləndirir:
“Azərbaycan həmin aksiyanı tam qanuni formada həyata keçirir. Aidiyyəti dövlət qurumlarının ölkə ərazisində monitorinqlərin keçirilməsinə şərait yaradılmalıdır. Etirazçıların aksiyada fəallıq nümayiş etdirməsi tam əsaslıdır. Bəzi özünü azərbaycanlı adlandırıb amma azərbaycançılıq marağlarına xidmət etməyən etməyənlər aksiya ilə bağlı müxtəlif paylaşımlar edib belə aksiyanın keçirilməsini lazımsız hesab edirlər.
Halbuki Vətən müharibəsində də gördük ki, qələbə birlik nəticəsində əldə edildi. Biz hamımız bir olmalı, Prezidentin ətrafında birləşməli, vahid mövqe nümayiş etdirməliyik. Çünki başqa cür yanaşma azərbaycanlılara yaraşmayan cəhətdir. Beynəlxalq hüquqa əsasən həmin yerlər bizim ərazimizdir. Ona görə də yataqların mövcud olduğu yerlərə nəzarət etməyə haqqımız var. Azərbaycanın aidiyyəti dövlət qurumlarının həmin yerlərə getməyin vaxtı çatıb. Bunun üçün də mütləq şərait yaradılmalıdır”.
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb