23 dekabr 2022 11:38
565

Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir- Latviyalı deputat

"Azərbaycan indiki dövrdə Avropa üçün strateji cəhətdən daha vacib ölkəyə çevrilir".

“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Latviya Seyminin (parlament) deputatı Artuss Kayminş bildirib.

O, qeyd edib ki bu baxımdan Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqazda gedən proseslər avropalı siyasətçilərin əhəmiyyətli dərəcədə diqqət mərkəzindədir:

"Bu gün keçmiş sovet ölkələri arasında Avropa dəyərlərinə daha çox maraq göstərən ölkələrdən biri də Azərbaycan cəmiyyətidir. Bu baxımdan, Avropa İttifaqı ölkələri ilə, o cümlədən Latviya ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri aktualdır. Latviya və Azərbaycan qarşılıqlı əməkdaşlığın daha da inkişafında maraqlıdır. Bu, müxtəlif vaxtlarda ali səviyyəli görüşlərdə də vurğulanıb. Biz çox istərdik ki, qarşılıqlı səfərlər çox olsun. Xüsusilə ilə indiki dövrdə bu daha önəmlidir", - deyə, o əlavə edib.