23 dekabr 2022 14:40
532

Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı gözlənilir.