Ceyhun Bayramov və Sergey Lavrovun Moskvada keçirilən görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunulub.
“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov sülh müqaviləsi ilə yanaşı, görüşdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin müzakirə olunduğunu vurğulayıb.
Nazir vurğulayıb ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesinə başlanmasının marağındadır.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb