Laçın yolunun Azərbaycan tərəfindən bağlanması xəbərləri həqiqətə uyğun deyil.
“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN başçısı Sergey Lavrov ilə Moskvada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir bildirib ki, Laçın yolunda aksiya keçirən ictimai fəallar ilk gündən öz əlaqə nömrələrini elan edərək, mövqelərini açıq-aşkar bəlli ediblər. Onlar Azərbaycanın təbii ehtiyatlarının talanmasına, ekoterrora qarşı etiraz edirlər. Onların nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq məqsədləri yoxdur. Ceyhun Bayramov xatırladıb ki, humanitar təyinatlı, eyni zamanda, təcili yardım avtomobilləri yoldan maneəsiz keçir.
Azərbaycan XİN başçısı vurğulayıb ki, Ermənistan tərəfi aksiya ətrafında vəziyyəti gərginləşdirməklə böhran imitasiyası yaradır.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb