24 dekabr 2022 11:03
651

Prezident İlham Əliyev Məhəmməd Yunis Əl-Mənfini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik ünvanlayıb.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:

Zati-aliləri,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram.