24 dekabr 2022 11:23
584

Tatyana Anodina: Sizin yüksək peşəkarlığınız və məqsədyönlü fəaliyyətiniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə bütün quruculuq təşəbbüslərinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və çox böyük əməksevərliyiniz, gözəl işgüzar və insani keyfiyyətləriniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib.

Sizin gözəl ölkənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoş güzəran və səadət arzulayıram.

Dərin hörmət və ehtiramla Sizə və xanımınız Mehriban Arif qızına xoşbəxtlik arzularımı və ən xoş diləklərimi yetirirəm.