24 dekabr 2022 11:47
479

İlyas Umaxanov: Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və firavanlaşan Azərbaycanın təşəkkülü və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir

Rusiya Federasiyasının senatoru İlyas Umaxanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:

Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin çoxşaxəli fəaliyyətiniz müasir, suveren və firavanlaşan Azərbaycanın təşəkkülü və inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Siz uzaqgörənliyiniz və sarsılmaz iradəniz sayəsində müasir dövrün çoxsaylı siyasi və iqtisadi təhdidlərini dəf edərək ölkənin təhlükəsizliyinin, milli birliyinin möhkəmləndirilməsində, mənəvi dəyərlərin, respublikanın siyasi sabitliyinin və davamlı iqtisadi inkişafının təmin edilməsində sanballı uğurlar qazanmısınız.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoş günlər və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

İcazə verin, Yeni il bayramı ərəfəsində Sizə, bütün doğmalarınıza və yaxınlarınıza xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycanın tərəqqisi naminə səmərəli fəaliyyətinizdə daim uğurlar diləyim.

Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Əliyevlər ailəsinin möhtəşəm zəfərlərinin və gözəl ənənələrinin daha bir təntənəsi ili olacaq, qardaş Azərbaycan torpağına sülh, asayiş və firavanlıq gətirəcəkdir.