Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:
Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə görkəmli dövlət xadimi, istedadlı rəhbər, güclü və müdrik insan kimi dərin hörmət bəsləyirəm.
Azərbaycan Respublikası ilə Sverdlovsk vilayəti arasında möhkəm iqtisadi və mədəni əlaqələr zamanın sınağından çıxıb.
Əminəm ki, bizim çoxşaxəli tərəfdaşlığımız bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək, yeni perspektivli layihələrlə genişlənəcək.
Möhtərəm İlham Heydər oğlu, əminəm ki, ali dövləti vəzifənizdə Sizi yeni-yeni uğurlar gözləyir.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzu edirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb